
Rusiya Ukraynanın hazırda işğal altında olan ərazilərində könüllü erməni batalyonları yerləşdirir.
525.az ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumatına istinadən xəbər verir ki, iyulun 2-də Moskvadakı erməni katedralından “Arbat” könüllü batalyonu yola salınıb.
“Həmin batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiyanın işğal etdiyi Abxaziyadan olan etnik ermənilərin də olduğunu güman edilir”, - İnstitutundan bildirilib.
Qeyd edək ki, Rusiya mənbələri də Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonları yerləşdirildiyini təsdiqləyib.
Qoşqar Bəylərov



