
İranın Elam əyalətinin Dehloran şəhərində 5 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ Tehran Universitetinin Geofizika İnstitutunun məlumatına görə, episentri Dehloran şəhərinin Musiyan rayonunda qeydə alınıb.
14 kilometr dərinlikdə baş verən zəlzələ Elamın bəzi digər ərazilərində də hiss olunub. İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, Dehloran vilayəti qubernatorunun müavini Nemətullah Xatəmi zəlzələdən sonra apardıqları işlər zamanı insan itkisi və ya maddi tələfatın qeydə alınmadığını və işlərinin davam etdiyini bildirib.
Malik Atilay



