
İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınası ilə əlaqədar 400-dən çox insan xəstəxanalara müraciət edib.
525.az Tesnim Xəbər Agentliyinin məlumatına istinadən xəbər verir ki, küləyin sürətinin 104 kilometrə çatdığı bölgədə havada tozun miqdarında ciddi artım olub. Sistan-Bəlucistan fövqəladə hallar rəisi Məcid Muhibbi: "120 günlük küləklər ərzində Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Xirmend və Nimruz şəhərlərində 403 nəfər xəstəxanalara müraciət edib. Onlardan 70-i xəstəxanaya yerləşdirilib. 333 nəfər ambulator müalicə alıb”, - deyib.
Bildirilir ki, havada tozun miqdarının artması səbəbindən Zehekdə görmə məsafəsi 500 metrə, Zabulda isə 2 kilometrə qədər azalıb.
Qeyd edək ki, Sistan-Bəlucistan əyalətində ötən ay fırtına səbəbindən 6 gündə 1191 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfər ölüb.
Malik Atilay



