
İran polisi hicab geyinmə normalarına riayət olunmasına nəzarət edəcək avtomobil və piyada patrulları təşkil etməyə başlayıb.
525.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Yerli hüquq-mühafizə orqanlarının nümayəndəsinin fikrincə, bu cür tədbirlər ictimai birliyə və cəmiyyətin təhlükəsizliyinə töhfə verməlidir. Polislərdən tələb olunur ki, hicab taxmaqdan imtina edən qadınlara töhmət versinlər.
İran İslam Respublikasının cinayət məcəlləsinə əsasən, hicab taxmaq normalarına əməl etməyən qadınlar pul cərimələri ilə yanaşı, 10 gündən 2 aya qədər həbs cəzası ilə də üzləşirlər. Onlara qarşı əlavə inzibati tədbirlər də tətbiq oluna, o cümlədən dövlət qulluğundan xaric edilə bilinərlər. Sürgün, ölkədən çıxışa və müxalifət təşkilatları ilə əlaqəyə qadağa qoyulması, əmlakı müsadirəsi də cəzalar arasındadır.
Qeyd edək ki, başqalarını hicab taxmaqdan imtina etməyə təşviq edənlərə daha ağır cəza tətbiq edilir. Onlar 1 ildən 10 ilədək həbs cəzası ala bilərlər.
Havar Şəfiyeva



