
İranda son bir həftədə havanın orta temperaturunun 30,3 dərəcə olduğu, 6 şəhərdə termometrlərin 50 dərəcədən yuxarı göstərdiyi açıqlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İran Meteorologiya Qurumunun Hava Proqnozları Mərkəzinin rəhbəri Sadik Ziyaiyan ölkədə yüksək hava temperaturu ilə bağlı açıqlama verib.
Ziyaiyan qeyd edib ki, Meteorologiya İnstitutunun məlumatına görə, son bir həftədə ölkədə havanın orta temperaturu 30,3 dərəcə olub ki, bu da uzunmüddətli dövrlə (30 il) müqayisədə yarım dərəcə artım olduğunu göstərib. İyunun 22-dən etibarən ölkədə orta hava temperaturunun 30,1 dərəcə olaraq ölçüldüyünü qeyd edən Ziyaiyan, havanın temperaturunun uzunmüddətli dövrlə müqayisədə bir dərəcə artdığını söyləyib..
Ziyaiyan bildirib ki, artıq 6 şəhərdə havanın temperaturu 50 dərəcəni keçib. İran rəsmisi vurğulayıb ki, termometrlər İlam əyalətinin Dehloran şəhərində 51,6, Xuzistan əyalətinin Ümidiya şəhərində 51,2, Əhvazda 50,8, Ağcari şəhərində 50,3, Ramhörmüz şəhərində 50,2 və Şuş şəhərində 50,0 dərəcə göstərib.
Malik Atilay



