
Rusiyanın xarici borcu ilin əvvəlindən 33 milyard dollar azalaraq 347,7 milyard dollar olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Mərkəzi Bankı tərəfindən edilən yazılı açıqlamada ölkənin xarici borcunun son vəziyyəti ilə bağlı məlumatlar yer alıb.
Rusiyanın xarici borcunun ilin əvvəlindən bu yana azaldığına dair məlumatların yer aldığı açıqlamada: “Rusiyanın xarici borcu 1 iyul 2023-cü il tarixinə 8,7 faiz və ya 33 milyard azalaraq cəmi 347,7 milyard dollara düşüb", - deyilib
Açıqlamada azalmanın əsas səbəbinin qeyri-rezidentlərin dövlət istiqrazlarının satışından qaynaqlanan dövlət idarəçiliyi borclarının azalması olduğu qeyd edilib.
Malik Atilay



