
Belarusun müdafiə naziri Viktor Xrenin İrana rəsmi səfərə gedib.
525.az Belarus mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı İranın hərbi-siyasi rəhbərliyi ilə danışıqların aparılması planlaşdırılır.
Qeyd edək ki, danışıqlar zamanı tərəflər iki ölkə arasında hərbi əməkdaşlığın aktual məsələlərini müzakirə edəcəklər.
Qoşqar Bəylərov



