
İranın cənub-qərbindəki Xuzistan əyalətinin 8 şəhərində termometrlər 50 dərəcədən yuxarı temperatur göstərib.
525.az İranın rəsmi agentliyi İRNA-nın məlumatına əsasən xəbər verir ki, Xuzistanın Meteorologiya İdarəsinin baş direktoru Məhəmməd Sazahzəri əyalətdə isti hava şəraiti ilə bağlı açıqlama verib.
Sazahzəri qeyd edib ki, son 24 saat ərzində Xuzistan əyalətinin 8 şəhərində havanın temperaturu 50 dərəcədən yuxarı ölçülüb. Buna uyğun olaraq havanın temperaturu Ümidiyedə 51,8, Şuşda 51,5, Abadanda 51,3, Bostanda 51,2, Dezfulda 50,8, Əhvaz, Ramhürmüz və Mahşəhrdə 50, 2 dərəcə ilə ölçülüb.
Malik Atilay



