
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin avqust ayında baş tutacağına ümid etdiyini bildirib və konkret tarixin hələ müəyyən edilmədiyini vurğulayıb.
525.az bu barədə "Lenta.ru"ya istinadən xəbər verir.
“Dəqiq tarix hələ müəyyən edilməyib. Hazırda bu məsələ XİN və kəşfiyyat rəhbərləri tərəfindən üzərində işlənir. Ümid edirəm ki, onların gördüyü işlərin nəticəsi olaraq səfər avqustda baş tutacaq”, - deyə Türkiyə Prezidenti bildirib.
Havar Şəfiyeva



