Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, avqustun 14-də Zabrat qəsəbəsində tikilməkdə olan fərdi evlərdən birində usta işləyən 1966-cı il təvəllüdlü Şiriyev Zülfüqar Bəhlül oğlu hündürlükdən yıxılıb. Ağır vəziyyədə 3 saylı şəhər xəstəxanasına gətirilən 48 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.