
Azərbaycanda daha iki nəfər Xəzər dənizində batıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 14-də Bakı şəhər sakini Əbülfət Məmmədov Pirşağı qəsəbəsinin dəniz çimərliyində, Xaçmaz rayon sakini Xəzər Fətəliyev isə Muxtadır kəndinin dəniz çimərliyində çimərkən boğularaq ölüblər.
Onların meyitləri sudan çıxarılıb.



