
Bu gün Nizami rayonu ərazisindəki "Sultan" şadlıq evində baş vermiş güclü partlayış nəticəsində yaralanan şəxslərin kimliyi məlum olub.
Lent.az-ın məlumatına görə, partlayış nəticəsində yaralanan şəxslər 1962-ci il təvəllüdlü Əhmədov Əlif Əli oğlu və 1993-cü ildə anadan olmuş Comərdov Tural Telman oğludur. Hər iki şəxs 5 saylı şəhər xəstəxanasına yerləşdirilib. Yaralılardan Ə.Əhmədovun vəziyyəti kritik qiymətləndirilir.
Qeyd edək ki, partlayış nəticəsində yaralanan şəxslər həmin şadlıq evində təmir işi ilə məşğul olan ustalardır.
*** 18:09
Bu gün partlayış baş verən Bakının Nizami rayonu ərazisindəki şadlıq evinin adı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, 2 nəfərin xəsarət alması ilə nəticələnən olay B.Çobanzadə küçəsi 23 ünvanındakı "Sultan" şadlıq evində qeydə alınıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 14:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



