525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan taxta sexinin qarşısında 15 kv.m sahəyə yığılmış 20 ədəd taxta materialları yanıb. Taxta sexinin qalan hissəsi yanğından mühafizə olunub.
Alov saat 06:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.