|
|
|
|

Türkiyədə Tarsus – Adana – Qaziantep magistral yolunda yük avtomobilinin mikroavtobus, qazıyıcı və asfalttökən vasitəyə çırpılması nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
525.az “Haber Türk”ə istinadən xəbər verir ki, çırpılmadan sonra yük avtomobili yanmağa başlayıb.
Yaralılar Kahramanmaraş və Qaziantepdəki xəstəxanalara göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.



