Fransanın paytaxtı Parisdə 150 milyon illik dinozavr skeleti 930 min avroya hərraca çıxarılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, “Kamptozavr” dinozavr skeleti Parisdəki Drouot Hərrac Evində hərraca çıxarılıb.
150 milyon illik "Barri" adlı dinozavr 930 min avroya satılıb.
2000-ci illərdə ABŞ-nin Vayominq ştatında aşkar edilən dinozavr skeletinin kəllə və dişlərinin 90 faizinin bu günə qədər çox yaxşı qorunduğu bildirilib.
Qeyd edək ki, iki metr uzunluğundakı dinozavrın adını verən paleontoloq Barri Ceyms skeleti bərpa edən ilk şəxs olması ilə tanınır.
Malik Atilay