|
|
|
|

Rusiyada quru, hava və dəniz elementləri ilə nüvə hücumu təliminin keçirildiyi açıqlanıb.
525.az xəbər verir ki, Kremldən verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinin videokonfrans vasitəsilə izlədiyi təlimdə quru, dəniz və hava elementlərinə aid nüvə çəkindirici silahlardan istifadə edildiyi bildirilib.
Təlim zamanı ballistik və qanadlı raketlərin atıldığı, buraxılışların Rusiya Milli Müdafiə Nəzarət Mərkəzi tərəfindən idarə edildiyi vurğulanıb.
Qeyd edək ki, təlimdə "Yars" qitələrarası ballistik və "Sineva" ballistik raketlərindən istifadə edilib.
Məhəmməd Tağıyev



