|
|
|
|

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib ki, Yaxın Şərqdəki münaqişə gərginləşə bilər.
525.az xəbər verir ki, o, bu barədə İtaliyanın "Rai1" telekanalına müsahibəsində danışıb.
Abdullahiyan Yaxın Şərqdə münaqişənin şiddətlənəcəyi barədə xəbərdarlıq edib və qeyd edib ki, əgər İsrail Qəzza zolağının əhalisinə qarşı hərbi əməliyyatlarını davam etdirərsə, münaqişə alovlana bilər.
"İsrail Qəzzanın dinc əhalisinə qarşı hücumlarını davam etdirərsə, müharibənin genişlənməsi qaçınılmaz olacaq. Livan və Yəməndə öz hərəkətlərini gücləndirə biləcək başqa müqavimət qüvvələri də var”, - deyə İran XİN rəhbəri vurğulayıb.
Nazir əmindir ki, İtaliya ABŞ-ə təzyiq göstərməlidir ki, Vaşinqton atəşkəsə nail olsun. Əks halda, münaqişə daha da pisləşəcək.
Havar Şəfiyeva



