|
|
|
|
Maştağada evini yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
525.az-a bu barədə DİN mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 29-da saat 20 radələrində Maştağa qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşadığı evi yandırmaqda şübhəli bilinən Y.Rəcəbov saxlanılıb.
Araşdırma aparılır.