|
|
|
|

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ABŞ-nin onlara son 3 gündə atəşkəs istədiyi mesajı verdiyini bildirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Abdullahiyan paytaxt Tehranda verdiyi açıqlamada ABŞ dövlət katibi Antoni Blinkenin Bağdada səfəri zamanı güllə keçirməz jilet geyinməsi ilə bağlı “ABŞ-nin real rolu budur" qiymətləndirməsini edib.
ABŞ-nin onlara Fələstindəki vəziyyətlə bağlı mesaj göndərdiyini ifadə edən Abdullahiyan: “Amerikalılar son üç gündə atəşkəs istədiklərini və bu istiqamətdə addımlar atdıqlarını bildirən bir mesaj göndərdilər”, - deyib.
İranlı nazir: “Ümid edirik ki, Amerika ən qısa zamanda siyasətini dəyişəcək və işğalçı tərəfi dəstəkləməyəcək”, - deyə yekunlaşdırıb.
Malik Atilay



