|
|
|
|
Qəzza zolağındakı Fələstin hökuməti oktyabrın 7-dən bəri İsrailin Qəzzaya hücumları nəticəsində 48 jurnalistin öldüyünü açıqlayıb.
525.az xəbər verir ki, Hökumət Media Ofisindən verilən yazılı açıqlamada "Əl-Əqsa" radiosunda çalışan Yəhya Əbu Meniyanın hücumlarda həyatını itirdiyi bildirilib.
Bombardmanlarda həyatını itirən mətbuat mənsublarının ailələrinə, yaxınlarına və bütün həmkarlarına başsağlığı verilən açıqlamada İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda indiyədək 48 jurnalistin həyatını itirdiyi vurğulanıb.
Məhəmməd Tağıyev