|
|
|
|
Fransanın keçmiş imperatoru Napoleon Bonapartın papağı hərracda 1,9 milyon avroya satılıb.
525.az xəbər verir ki, Napoleon Bonapartın tarixi papağının yeni sahibi bəlli olub. Fransanın paytaxtı Parisdəki Osenat Hərrac Evində keçirilən hərracda Bonapartın 19-cu əsrdə Fransa İmperiyasını idarə etdiyi dövrə aid ikibuynuzlu papaq 1,9 milyon avroya satılıb. Papağı alan şəxsin kimliyi isə hələlik ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, Napoleonun həyatı boyu təxminən 120 ikibuynuzlu papağa sahib olduğu təxmin edilir və onlardan yalnız 20-si bu gün qalır.
Məhəmməd Tağıyev