Dekabrın 12-də Respublika Uşaq Kitabxanasında Ümummilli lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar tədbir keçirilib.
525.az xəbər verir ki, tədbir, Ulu öndər Heydər Əliyevin əziz xatirəsininbir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Daha sonra Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləriÜmummilli Liderin anım gününə həsr olunmuş video slaydıtədbir iştirakçılarınatəqdim edib.Tədbir çərçivəsində, uşaqların təqdimatında “Ulu bir sərkərdə, Ulu bir öndər”, “Bir işıq doğdu Yurda O Vətənə gələndə”, “Mən Azərbaycanlıyam”, “Sönməz əbədidir Heydər Əliyev”şeirlərisəsləndirilib. Sonda məktəblilərə Ulu Öndərin doğma diyar üçün əvəzedilməz xidmətləri haqqında söhbət açaraq, mədəniyyətimizin, təhsilimizin, iqtisadiyyatımızın elə bir sahəsi yoxdur ki,Ulu öndər Heydər Əliyevin imzası olmasın.