|
|
|
|
Dövlət Yol Polisinin bütün şəxsi heyəti respublika ərazilərində hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmətini davam etdirir.
525.az-a bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Xəbərə görə, həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkə ərazisində ağır, yaxud ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınmayıb.