Prezident İlham Əliyev Siyəzən-Böyük Həmyə-Balaca Həmyə-Çəndəhar avtomobil yolunun tikintisi üçün Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrılması barədə sərəncam imzalayıb.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.