“Seçki prosesi şəffaf şəkildə davam edir”.
525.az saytı xəbər verir ki, bunu Nizami rayonu 24 saylı birinci seçki dairəsinin 32/33 saylı seçki məntəqəsində müşahidə aparan Asiya Parlament Assambleyasının Baş katibi Məhəmməd Rza Məcidi açıqlamasında deyib.
Baş katibin sözlərinə görə, indiyə qədər bir neçə məntəqəni ziyarət edib: “Hər şey hüquqi qaydalara əsasən keçirilir. Həmçinin, vətəndaşlar seçkilərdə aktiv iştirak edir. Ümid edirəm, seçkilərin nəticələri Azərbaycanda mövcud olan demokratik quruluşun əsaslarını daha da möhkəmləndirəcək” (Secki-2024.az).