|
|
|
|
Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
525.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".