Türkiyə birinci liqasında 27-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi “Tuzlaspor” “Erzurumspor”un qonağı olub.
Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Millimizin üzvü meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Bu nəticədən sonra “Tuzlaspor” 27 xalla 15-ci pillədə qərarlaşıb.