Astara rayonunun Kijəbə qəsəbəsində ümumi sahəsi 90 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 2 ton ot bağlaması yanıb.
525.az xəbər verir ki, bu baradə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.