https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
27 Aprel 2024
26 Aprel 2024

Di Mariya ölümlə hədələndi

Di Mariya ölümlə hədələndi

"Benfika"nın yarımmüdafiəçisi Anhel Di Mariya ölümlə hədələnib.

QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Argentinalı futbolçu Rosarionun kənarındakı evində olarkən hədələnib. Evin ətrafına maşından təhdid mesajı olan paket atıblar. Mesajda bildirilir ki, Di Mariya şəhərə qayıdarsa, hətta əyalət qubernatoru Maksimiliano Pullaro belə onların təhlükəsizliyinə zəmanət verə bilməyəcək.

Qeyd olunur ki, mesajın müəllifləri Pullaro ilə düşmənlik edən və Di Mariyanı bu məsələyə cəlb etməklə maksimum rezonans yaradacağına inanan narkotik alverçiləri ola bilər.

Daha əvvəl Di Mariya karyerasını yetirməsi olduğu "Rosario Sentral"da bitirmək istədiyini açıqlamışdı.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.