https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
27 Aprel 2024
26 Aprel 2024

Millimizin baş məşqçisi: Komandamızın səviyyəsini gördük

Millimizin baş məşqçisi: Komandamızın səviyyəsini gördük

Komandamızın səviyyəsini gördük.

525.az-ın məlumatına görə, bunu Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə qızlardan ibarət Azərbaycan millilərinin baş məşqçisi Evren Alkaya federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis 10 günlük hazırlıq prosesinin bu gün başa çatdığını xatırladıb: "Səhərlər məşq, axşamlar yoxlama oyunları keçirdik. Bu müddətdə 15 matç oynadıq, 1-də məğlub olduq. Həmin görüş də başabaş mübarizə mübarizə şəraitində keçdi. Bundan əlavə, İstanbul çempionu "Qalatasaray"ı məğlub etdik. Üz-üzə gəldiyimiz bütün komandalar İstanbul A Liqası təmsilçiləri idi. Bursa və Sakaryanın çempionları ilə də qarşılaşmışdıq. Çox ciddi toplanışı arxada qoyduq".

Evren Alkaya yoxlama görüşlərinin əhəmiyyətli olduğunu vurğulayıb: "Bizə çox faydalı oldu. Gələcəkdə planladığımız U-14 kollektivi ilə başqa oyun keçirdik. Onların da uğuruna şahidlik etdik. Uşaqları hazırlaşdırmağa davam edəcəyik. Toplanışı peşəkarlıqla başa vurduq. Bizə bu şəraiti yaratdıqları üçün federasiya rəhbərliyinə təşəkkür edirik".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.