https://525.az/img/pics/medium/2024-05/312120_gy9hrc5yah.jpeg Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg İŞIQ ÖMRÜ - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2024-05/312045_7sufp5skaz.jpg İnsan həyatı üçün ən yaxın təhlükə: Qida zəhərlənməsi
https://525.az/img/pics/medium/2024-04/312017_5dyxfdttb7.jpg “525-ci qəzet”in 1 may sayında nələr var? - ANONS
search
1 May 2024

"Avropa Liqasını qazanmaq istəyirəm" - Klopp

"Avropa Liqasını qazanmaq istəyirəm" - Klopp

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının 1/4 final mərhələsində "Atalanta"ya qarşı keçirəcəkləri oyunları şərh edib.

QOL.az "Eurosport"a istinadən xəbər verir ki, mütəxəssis "mersisaydlılar"la Avropa Liqasının qalibi olmaq istədiyini bildirib:

"Mövsümə başlamazdan əvvəl Avropa Liqasında bacardıqca irəli getmək istəyirdik. İndi "Atalanta"nı məğlub etməliyik. Çətin olacaq. "Atalanta" yaxşı komandadır. Cənab Qasperini bir neçə ildir ki, orada inanılmaz işlər görür. Düzünü desəm, onlarla mübarizə aparmaq üçün azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Aydındır ki, bu, hələ ilk oyundur. Cavab matçı səfərdə olacaq və yəqin ki, rəqibi orada yaxşı dəstəkləyəcəklər.

1/4 finala hazırıq. Mən futbol adamıyam. Avropa Liqasını qazanmağı çox arzulayıram".

Xatırladaq ki, "Liverpul"  və "Atalanta" arasında ilk matç bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, Klopp cari mövsümün sonunda "Liverpul"dan ayrılacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.