https://525.az/img/pics/medium/2024-04/311925_35ktlm9pvq.jpg Ekoloji təhlükəsizlik: yeni çağırışlar və problemlər
https://525.az/img/pics/medium/2024-04/311926_fmec4xmfxp.jpg Adını əməli ilə qazanan şair
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Xarici ticarət dövriyyəsi niyə azalır? - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-04/311918_ikxtr2rq0g.jpg XİN rəsmisi ilə dərsdə
search
30 Aprel 2024

"Qarabağ"ı udduğumuza görə 5-6 xal vermirlər" - Krunoslav Renduliç

"Qarabağ"ı udduğumuza görə 5-6 xal vermirlər" - Krunoslav Renduliç

"Futbolçularımı təbrik edirəm. Onların hər biri ilə fəxr edirəm. Bu gün möhtəşəm mübarizə apardılar. Meydanda aslanlar kimi döyüşdülər. Belə davam etsək, hər komandaya qalib gələ bilərik. Bilirdik ki, "Qarabağ" çox yaxşı komandadır. Bu qələbəyə layiq idik. Bu gün qələbəni qeyd edib sabahdan etibarən növbəti oyuna hazırlaşacağıq".

QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli  Premyer Liqasının 30-cu turunda öz meydanlarında "Qarabağ"ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Mütəxəssis "Qarabağ"a qarşı qurduqları oyun planından söz açıb: "Qarabağ" Azərbaycanın ən yaxşısıdır. İstəyirdik ki, xətlər arasında əlaqə sıx olsun. İlk 15-20 dəqiqədə bunu istədiyimiz kimi edə bilmədik. Mərkəzdə boşluq verdik. Rəqib də bundan istifadə edirdi. Amma sonradan düzgün oynamağa başladıq".

Mütəxəssis oyundan sonra komandasının sevinməsi haqda bunları deyib: "Deməzdim ki, "Qarabağ"ı məğlub etdiyimizə görə belə sevinirdik. Onları udduğumuza görə 5-6 xal vermirlər. Oyunçularımız bu gün mükəmməl çıxış etdilər. Buna görə belə sevindim".

Baş məşqçi futbolçusu Anatoli Nuriyevin oyununa da toxunub: "Oyuna start heyətdə başlamaqla sonradan meydana çıxmaq arasında fərq var. Anatoli "Turan Tovuz"la oyundan öncə 10-a yaxın məşqi buraxmışdı. Amma bu gün yaxşı çıxış etdiyini deyə bilərəm".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.