|
|
|
|

Mərkəzi Seçki Komissiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının deputat mandatının ləğv olunması məsələsinə hələ baxmayıb.
Komissiya sədrinin müavini Natiq Məmmədov “Media forum” saytına deyib ki, deputatlığa xitam verilməsi məsələsində qanunvericiliyin tələbləri gözlənir:
“Bu qaydalara uyğun olaraq komissiya yaxın vaxtlarda iclas keçirib Mübariz Qurbanlının deputat mandatının ləğvi məsələsinə baxacaq”.
İyulun 21-də prezident İlham Əliyev Mübariz Qurbanlını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edib.
Konstitusiyanın 85-ci maddəsinə görə, icra hakimiyyəti sistemlərində qulluq edən şəxs Milli Məclisin deputatı ola bilməz.
Mübariz Qurbanlı parlamentdə 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsini təmsil edir.



