|
|
|
|

İraqda ağır yol qəzası baş verib.
525.az İNA agentliyinə istinadən xəbər verir ki, Nəsiriyə ilə Bəsrə arasındakı yolda sərnişin avtobusunun aşması faciəyə səbəb olub. Qəza nəticəsində 21 nəfər ölüb, 19 nəfər yaralanıb.
Ölənlər arasında İran vətəndaşlarının da olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
İbrahim Cəfərov



