|
|
|
|

Sardiniya adasındakı populyar La-Peloza çimərliyində dəsmaldan istifadə yasaqlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb çimərliyin qumunu qorumaqdır.
Məsələ burasındadır ki, turistlər arasında da populyar olan çimərlikdə günəşlənmək üçün yerə sərilən dəsmalların üstündə qum qalır ki, bu da qum qatının azalmasına səbəb olur. Yəni, istifadəçilər özləri ilə kənara qum aparırlar və çimərliyin zərif ekosisteminə ziyan görür. Rəhbərlik dəsmal əvəzinə bambuk və plastikdən hazırlanmış yataqları tövsiyə edir.
Bundan başqa, çimərliyi tərk edənlər ayaqlarına yapışmış qum dənələrini xüsusi meydançalarda mütləq yumalıdırlar. Dəsmaldan istifadəyə görə 100, yuyunmamış ərazini tərk etməyə görə isə 300 avro cərimə nəzərdə tutulur.
Çimərlik mövsümündə gün ərzində 1500-dən çox insanın dincəldiyi La-Pelozada daha ciddi qayda pozuntusu edənlər hətta həbs də oluna bilər.
L.Tağıyeva



