|
|
|
|
İran prezidenti İbrahim Rəisi adətən Rusiyanın Mi-171 helikopterləri ilə uçurdu, lakin mayın 19-da Amerikanın Bell-212 təyyarəsi ilə Təbrizə uçub.
525.az xəbər verir ki, Türkiyənin “Türkiyə” nəşri İran prezidenti, xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və digər rəsmilərin həyatına son qoyan helikopter qəzasında bir sıra məlumatlara diqqət çəkib.
Qəzetin İran təhlükəsizlik orqanlarındakı mənbəsi qeyd edib ki, “Adətən Rəisinin səfərləri üçün vertolyotlar Rusiya istehsalı olan modellərdən seçilirdi, lakin Təbrizə uçuş üçün onlar 30 il əvvəl yığılmış Amerika helikopterini seçiblər”.
Havar Şəfiyeva