|
|
|
|
Alman Jurnalistlər Birliyinin (DJV) Prezidenti Mika Beuster Qəzza zolağında "Al-Jazeera" televiziyasına xidmət göstərən ABŞ-də yerləşən "Associated Press" (AP) xəbər agentliyinin canlı yayım avadanlıqlarını İsrail hakimiyyətinin ələ keçirməsinə münasibət bildirib.
525.az xəbər verir ki, Beuster verdiyi yazılı açıqlamada İsrail hökumətinin azad jurnalistikanı bu qədər məhdudlaşdırmağa haqqı olmadığını bildirib.
Beynəlxalq reportyorların heç bir maneə olmadan xəbər verməsinin vacibliyinə toxunan Beuster: "Xəbər agentliyinin materiallarını kimə ötürdüyünün rəsmi orqanlara dəxli yoxdur", - deyib.
Beuster İsrail hökumətindən müsadirə edilmiş avadanlıqların dərhal jurnalistlərə qaytarılmasını tələb edib.
Məhəmməd Tağıyev