|
|
|
|
MrBeast Bollivud musiqi şirkəti T-Series-i geridə qoyaraq YouTube-da ən çox abunəçisi olan kanal olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, MrBeast kimi tanınan əsl adı Jimmy Donaldson olan yutuber gündəlik abunəçi rekordu qırıb.
Əyləncə məzmunu istehsal edən kanal 1 iyun şənbə günü Hindistanın T-Series səsyazma şirkətini geridə qoyaraq birinci yerə yüksəlib.
Gündə orta hesabla 250 min yeni abunəçi qazanan kanal 269 milyon izləyiciyə çataraq YouTube-da ən çox izləyicisi olan kanal olub.
Malik Atilay