Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi ziyarətçilərin Krallığa gəlişini asanlaşdırmaq, rahat və əngəlsiz təcrübəni təmin etmək üçün Ümrə vizalarının verilməsinə başlayıb.
525.az bu barədə rəsmi SPA agentliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, bu, illik təşəbbüs Həcc mövsümündən dərhal sonra həyata keçirilir. Bunun üçün nazirliyin təcrübəsindən istifadə edilir, zəvvarlara və ümrə icraçılarına xidmət göstərmək və onların ayinlərini asanlaşdırmaq üçün texniki və sahə proqramları yaradır.
Nazirlik ölkə rəhbərliyin tapşırıqlarını yerinə yetirmək, daha çox zəvvar və ümrə ziyarətçilərini qəbul etmək, onların ehtiyac və istəklərinə cavab verən xidmətlər göstərmək üçün səylə çalışır.
Pərvanə Sultanova