Koreya Respublikası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Şimali Koreyaya qarşı sanksiyalarını pozan fəaliyyətdə şübhəli bilinən yük gəmisini ələ keçirib.
525.az xəbər verir ki, Cənubi Koreya səlahiyyətliləri Koreya boğazı yaxınlığında təxminən 3 min tonluq yük gəmisini ələ keçirib. Xarici bayraqlı yük gəmisinin 10 nəfərlik heyətlə Rusiyadan Şimali Koreya üzərindən Çinə kömür və dəmir filizi daşıdığı iddia edilib.
Qeyd edək ki, sözügedən gəminin ölkənin cənubundakı Busan şəhərinin sahilinə gətirildiyi bildirilib.
Məhəmməd Tağıyev