Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla yunanıstanlı həmkarı Yorqos Herapetritis arasında telefon danışığı olub.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, XİN rəhbərləri ikitərəfli gündəmi təşkil edən məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Söhbət zamanı həmçinin, regional problemlər də nazirlərin diqqət mərkəzində olub.