|
|
|
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
525.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "HLB Azərbaycan" MMC-dir.
Qalib şirkətə 49 min manat ödəniləcək.