Serbiya prezidenti Aleksandr Vuçiç Ukraynada tezliklə atəşkəsin əldə olunmasının tərəfdarıdır.
525.az xəbər verir ki, bu barədə dövlət başçısı Almaniyanın “Handelsblatt” nəşrinə bildirib.
Serbiya prezidenti deyib ki, tezliklə sülh əldə olunması zəruridir: “Almaniya kansleri mənim nə düşündüyümü eşitmək istəyirsə, mən deyərdim: tezliklə atəşkəs əldə edin. Hansı şərtlərdə olmasının fərqi yoxdur”.
Əvvəllər o bildirib ki, Qərb dövlətlərini yalnız Rusiyanın resursları və zəngin əraziləri maraqlandırır, onlar münaqişədə daha nə qədər ukraynalı və rusiyalının öləcəyi ilə maraqlanmırlar.
Pərvanə Sultanova