|
|
|
|
ABŞ-nin Respublikaçılar Partiyasının bir çox nümayəndəsi Miluokidə keçirilən qurultayda sui-qəsd cəhdindən sağ çıxan prezidentliyinə namizəd Donald Trampla həmrəylik əlaməti olaraq qulaqlarına sarğı taxıblar.
525.az xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.
Qeyd olunur ki, Tramp respublikaçıların milli qurultayının ilk günündə qulağına sarğı taxıb, bəzi respublikaçılar da eks-prezidenti təkrarlayıb.
Donald Trampa sui-qəsd iyulun 13-də axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən çıxarılıb və xəstəxanaya yerləşdirilib. Atəş açan şəxs yerindəcə öldürülüb.
Pərvanə Sultanova