Yunanıstanda son 24 saatda 48 yerdə baş verən meşə yanğınlarından 47-nin nəzarət altına alındığı, bir yanğınla bağlı işlərin davam etdirildiyi bildirilib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstan yanğınsöndürmə briqadasının verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkə daxilində 48 meşə sahəsində yanğın baş verib.
Onlardan 47-si havadan və qurudan yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə nəzarətə götürülüb. Aharnes bölgəsində yaşayış məntəqələri yaxınlığında baş verən meşə yanğınına isə hava və quru müdaxiləsi davam edir.
Malik Atilay