İngiltərənin Lids şəhərinin Harehills bölgəsində baş verən hadisələrdə nümayişçilər polis avtomobilini aşıraraq ikimərtəbəli avtobusu yandırıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisələr axşam saatlarında Harehills bölgəsində bir ailənin uşaqlarını sosial xidmətlər götürmək istəyəndə baş verib.
Sosial mediada paylaşılan görüntülərdə izdihamın uşaq arabası, daş və velosipedlərlə polis maşınının şüşələrini sındırdığı, daha sonra isə maşını aşırdığı görülüb. Bundan əlavə, görüntülərdə nümayişçilərin ikimərtəbəli ictimai nəqliyyat vasitəsini yandırdığı da qeydə alınıb.
Malik Atilay