Cənubi Amerika ölkəsi Çilinin şimalında 7,4 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Antofaqasta bölgəsindəki San Pedro de Atakama olduğunu açıqlayıb.
7,4 bal gücündə zəlzələ təxminən 117 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib. Hər hansı can və ya mal itkisi qeydə alınmayıb.
Zəlzələnin Perunun cənub bölgələri olan Tacna və Arekipada da hiss olunduğu və ictimaiyyətdə çaxnaşmaya səbəb olduğu paylaşılıb.
Milli Fəlakətin Qarşısının Alınması və Müdaxilə Xidmətinin (Senapred) verdiyi açıqlamada zəlzələnin mümkün zərərlərinin qiymətləndirildiyi bildirilib.
Malik Atilay