Fransanın Nitsa şəhərində 7 mərtəbəli binanın sonuncu mərtəbəsində baş verən yanğında 7 nəfər ölüb, 4 nəfər yaralanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Nitsa şəhərinin tabe olduğu Alp-Maritimes Qubernatorluğunun X hesabında paylaşılan yazıya görə, gecə saat 03:00 radələrində Moulins rayonunda 7 mərtəbəli binada yanğın baş verib.
Yanğın zamanı 3-ü uşaq olmaqla 7 nəfər ölüb, 1-i ağır olmaqla 4 nəfər yaralanıb.
Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə təxminən 4 saat ərzində söndürülüb.
Qubernatorluq xilasetmə qruplarına yanğının qarşısının alınmasında göstərdikləri səylərə görə təşəkkür edib.
Nitsa Prokurorluğu yanğınla bağlı araşdırmalara başlayıb və hadisə yerindəki ilk tapıntılar əsasında yandırılma ehtimalının qiymətləndirildiyini açıqlayıb.
Daxili İşlər Naziri Gerald Darmanin, X hesabında baş verən yanğınla bağlı verdiyi açıqlamada xilasetmə qruplarının sürətli müdaxiləsinin daha çox itkilərin qarşısını aldığını bildirib.
Qeyd edək ki, Nitsa meri Kristian Estrosi də X postunda yaxınlarını itirənlərə başsağlığı verib.
Malik Atilay