|
|
|
|

ABŞ prezidenti Co Baydenin ailəsinin onun yarışdan çəkilmək planını müzakirə etdiyi barədə NBC telekanalının yaydığı xəbər doğru deyil.
525.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts “X” sosial şəbəkəsində yazıb.
“Yanlışdır. İnamınızı qoruyun”, - deyə o yazıb.
Bu gün NBC kanalı mənbələrə istinadən xəbər yayıb ki, seçki kampaniyasının Baydenin sağlamlığına, hazırkı prezidentin ailəsinə və Birləşmiş Ştatların sabitliyinə təsiri müzakirə olunur.
Pərvanə Sultanova



