|
|
|
|
“Əfqanıstandan terrorizmin və bununla bağlı narkotik vasitələrin qanunsuz dövriyyəsinin yayılması ehtimalı yeni formalar alıb”.
525.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
Onun sözlərinə görə, Əfqanıstan Mərkəzi Asiya regionunda qeyri-sabitliyin əsas mənbəyi olaraq qalır. Bu ölkədə məlum müsbət dəyişikliklərə baxmayaraq, terrorizmin, radikal ideologiyanın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin yayılması ehtimalı nəinki azalmır, əksinə, yeni formalar alır.
Tasmaqambetov bildirib ki, KTMT regionda təbii ehtiyatlar uğrunda rəqabətlə bağlı əlavə çağırışları qeyd edir. Təşkilat bu məsələdə nəzarəti saxlamağa və vəziyyətin mümkün inkişafını proqnozlaşdırmağa nail olur.
Pərvanə Sultanova